Məhsul partiyasından götürülən həmcins nöqtəvi nümunələrin cəmi ilkin nümunəni təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

İlkin nümunəyə baxış zamanı karantin tətbiq edilən zərərli orqanizmlər (zərərvericilər (canlı və ölü), alaq otlarının toxumları və s.) və ya Təlimatda nəzərdə tutulan hallarda zədələnmiş toxum və meyvələr aşkar edildikdə, həmin nümunələr sınaq şüşələrinə və kiçik paketlərə yığılıraq bu Təlimata uyğun olaraq etiketlənir, orta nümunəyə əlavə edilir.