Yük “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”ın tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi üçün bir neçə ayrı vizual yoxlamadan ibarət baxış həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Baxış zamanı hər partiyadan ayrılıqda nümunələr götürülməlidir. Hər bir partiyadan götürülmüş nümunələr təcrid olunmalı (ayrıca tutulmalı) və etiketlənməlidir.

Bu Təlimatda başqa qayda müəyyən edilmədiyi halda, mal partiyanın eyniliyi aşağıdakı meyarlar üzrə müəyyən edilir:

– mənşəyi;

– istehsalçısı;

–  qablaşdırma yeri və vasitələri;

–  növü, sortu və ya yetişgənlik dərəcəsi;

–  ixracatçı;

–  istehsal zonası;

– tənzimlənən zərərli orqanizmlər və onların xüsusiyyətləri;

– stehsal yerində işlənməsi (emalı);

–  emal tipi.

Dövlət fitosanitar müfəttişləri (bundan sonra – müfəttiş) tərəfindən mal partiyalarının tanınması üçün bu Təlimatda  göstərilən meyarlar üzrə ardıcıl olaraq, o cümlədən etiketlənmə qaydalarına uyğun şəkildə qeydlər aparmalıdır.