Müstəntiqin bütün səlahiyyətlərindən istifadə edən istintaq şöbəsinin (bölməsinin, idarəsinin) rəisi (rəis olmadıqda müavini) Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl edərək törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil edir, onlara baxılmasını, cinayət işi üzrə ibtidai istintaqın və ya ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasını müstəntiq, yaxud müstəntiqlər qrupuna tapşırır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Eyni zamanda istintaq şöbəsinin rəisi müstəntiqin cinayətin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir, cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görür.