Kartof yumrularından tökülən torpaq süprüntülərindən nümunə götürülməsinin necə həyata keçirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Kartof yumrularından tökülən torpaq süprüntülərindən nümunə götürülməsi aşağıdakı cədvələ və tələblərə uyğun həyata keçirilir:
Partiyanın kütləsi, ton | Nümunənin miqdarı, ədədlə | Torpaq nümunəsinin kütləsi, qram |
5-ə qədər | 60 | 600 |
6-dan 20-yə qədər | 90 | 900 |
21-dən 60-a qədər | 120 | 1200 |
61-dən 100-ə qədər | 150 | 1500 |
100-dən çox | 150 | 1500 və hər növbəti 100 ton kartof üçün əlavə olaraq 30 kartof yumrusu və 300 qram torpaq götürülür |