Keçmişə görə qanlı qisas

25 Oktyabr 2023, 09:34

Cəlilabadda qətl törədilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Mirxəqani Mirnizami oğlu Əhmədov ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

O, ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb

Cəlilabadda baş verən qətl hadisəsinin bəzi təfərrüatları da məlum olub. Qətlə yetirilən 1977-ci il təvəllüdlüdlü Mirxəqani Əhmədov 6 ildir məhkumluq həyatı yaşayıb və yenicə azadlığa çıxıb.

Əldə etdiyimiz məlumata görə, qətlin səbəbi qisasdır.

Belə ki, M.Əhmədov vaxtıilə rayon sakinini döyərək onun sağlamlığına ciddi zərbələr vurub.

Onu qətlə yetirən döyülən şəxsin oğlu olub.

Araşdırma davam etdirilir.