“Meşəli hadisələrində kimin əli var, Allah bəlasını verib, çoxu ölüb”.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu hazırda məhkəməsi keçirilən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviç dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun suallarını cavablandıran zaman deyib.
O, hadisələr baş verən zamanı kənddə olmadığını deyib: “Sadəcə, Badara kəndində danışırdılar ki, Müşəlidə iki nəfər ölüb. Onlar Əvəz və arvadı idi. Kim hücumlarda iştirak edibsə, Allah onların canını alacaq. Onsuz bir çoxu orada öldü, bəziləri də 2020-ci ildə üçtərəfli bəyanatdan sonra kənddən qaçıb getdilər. Badara kəndindən 220 nəfər 2020-ci ildə çıxaraq getdi və geri qayıtmadı”.