Partlayış təhlükəli zonalarda istismar və təmir vaxtı nələrin qadağan olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Partlayış təhlükəli zonalarda istismar və təmir vaxtı aşağıdakılar qadağandır

– gərginlik altında olan avtomatika və telemexanika sistemlərinin avadanlıqlarını təmir edilməsi;

– cərəyandaşıyıcı hissələri gərginlik altında olan elektrik avadanlıqlarının örtüklərinin (qabıqlarının) bütövlüyünü pozmaq (yarmaq);

– qısaqapanma zamanı avtomatik açılmış avadanlığı açılmanın səbəbini araşdırmadan qoşmaq.