Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qələbəni bizə yaşadanları tanıyaq” adlı layihənin icrası uğurla sona çatdı.

Heftelik.az-ın məlumatına görə, layihənin əsas məqsədi tarixi qələbəyə gedən yolun gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasından ibarət olub. Bu məqsədlə yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun artırılmasına töhfə verən görüşlər keçirildi. Görüşlər Bakı şəhəri, Ağdam və Tərtər rayonlarında keçirildi. Qeyd olunan şəhər və rayonlarda keçirilən görüşlərdə Qarabağ döyüşlərinin iştirakçıları, Ağdam rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini Məhəmməd Aslanov, Tərtər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycanın Milli Qəhrəmanı, ehtiyyatda olan polkovnik-leytenant Vahid Quliyev, Nərimanov rayonu, Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru, Milli Qəhrəman Şahlar Şükürovun bacısı Tahirə Şükürova, ehtiyatda olan hərbçilər və yerli rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.  Dəvət olunan qazilər və ehtiyatda olan hərbçilər  şəhid olan döyüş yoldaşlarının eləcə də özlərinin keçdikləri döyüş yolundan, zəfər tariximizə gedən şərəfli yoldan danışdı.

Çıxış edən natiqlər həmçinin qeyd etdi ki, anlı zəfər tariximizi yazan qəhrəman Vətən övladlarının keçdiklər həyat və döyüş yolları böyüməkdə olan gənc nəsilə daima təlqin edilməlidir. Bu məqsədlə ictimai məsuliyyətini dərk edən bütün vətəndaş cəmiyyəti institutları gənc nəsilin milli vətənpər ruhda böyüməsi eləcə də qazanılan tarixi qələbənin qəhrəmanlarının tanıdılması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilməlidir.

Görüşlər gənclərin suallarının cavablandırılması ilə davam etdirildi.