Qurudulmuş meyvə, tərəvəz və kökümeyvəlilərdən nümunə götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Qurudulmuş meyvə, tərəvəz və kökümeyvəlilərdən nöqtəvi nümunələrin götürülməsi aşağıdakı cədvələ əsasən tənzimlənir, götürülən bağlama vahidlərinin miqdarı partiyanın həcmindən asılıdır:

 

Partiyada olan bağlama vahidlərinin sayı, ədədləGötürülən bağlama vahidlərinin sayı, ədədlə
25-ə qədər2
26-903
91-1505
151-5008
501-120013
1200-dən çox13 və hər sonrakı 100 bağlama vahidi üçün əlavə 1 bağlama vahidi

 

Nümunə götürülən hər bağlama vahidinin üst, orta və alt qatlarından xırda meyvəli və doğranmış meyvələr üçün 100 qramdan; iri meyvə və tərəvəzlər üçün 200 qramdan; qarışıq məhsullardan 200 qramdan az olmamaqla nümunə götürülməlidir.