Quş kəsim məntəqələri hansı bölmələrdən ibarət olmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Quş kəsim məntəqələri aşağıdakı bölmələrdən ibarət olmalıdır:
– Kəsimdən qabaq saxlanma bölməsi – bu bölmədə kəsimə gətirilmiş quşların saxlanması;
– Qəbul bölməsi – bu bölmədə kəsim üçün gətirilmiş quşların qəbul prosesi həyata keçirilir;
– Keyləşdirmə və qansızlaşdırma bölməsi – bu bölmədə kəsim üçün qəbul edilmiş quşların keyləşdirilməsi və kəsilərək qansızlaşdırılması həyata keçirilir. Keyləşdirmə üçün tövsiyə edilən üsul elektroşokdan istifadədir. Elektroşok avadanlıqları quşların növü və çəkisinə müvafiq olan elektrik cərəyanının gücü və gərginliyini tənzimləyən sistemlə təmin olunur. Keyləşdirmə zamanı quş ölməməli və ən qısa zaman ərzində qansızlaşdırılmalıdır;
– Qaynar su ilə pörtlətmə və tüklərin təmizlənməsi bölməsi – bu bölmədə kəsilmiş quşlar buxar istiliyi olan konteynerə salınaraq və ya qaynar su ilə pörtlədilir və tükləri yolunur;
– İçalatın təmizlənməsi bölməsi – bu bölmədə tükdən təmizlənmiş quşların boyun dərisinin kəsilməsindən cəmdəyin son işlənmələrinə qədər olan içalatın təmizlənməsi əməliyyatları həyata keçirilir;
– Ətin doğranması və qablaşdırılması bölməsi – bu bölmədə kəsilən quş cəmdəklərinin ayrı-ayrı hissələrə bölünməsi və qablaşdırılması həyata keçirilir;
– Ətin soyudulması bölməsi – bu bölmədə cəmdəklərin temperatur, hava cərəyanının surəti və havanın nəmliyindən asılı olaraq fərqli soyudulma müddətləri ərzində soyudulması və ya dondurulması həyata keçirilir. Ətin soyudulması prosesi soyuducuda/soyuducu kamerada əvvəlcə +40C dərəcəyə qədər soyudulması, dondurulması prosesi isə dərin dondurucularda -180C dərəcədə dondurulması mərhələlərindən ibarətdir. Sub məhsulların saxlanılması üçün soyuducuda /soyuducu kamerada xüsusi ayrılmış yerlər təyin edilir;
– Yükləmə bölməsi – bu bölmədə heyvan mənşəli qida məhsulları və heyvan mənşəli əlavə məhsullar nəqliyyat vasitələrinə yüklənir.