Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Heftelik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, F.Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.
2004-cü ildən 2023-cü ilin mart ayına qədər ekologiya və təbii sərvətlər nazirinin müavini, daha sonra nazirin müşaviri vəzifəsində çalışıb.