Təhqiqat orqanının əməkdaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin qarşısının alınması üçün tədbirlər görür, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri tutur və tutduğu yerdə tutulan şəxsin üstünü yoxlayır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.