ABŞ-ın Men ştatının Lyuiston şəhərində naməlum şəxs avtomatdan insanlara atəş açıb.
Heftelik.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, “AR-15” markalı yarımavtomat tüfənglə silahlanmış 40 yaşlı Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açıb.
Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb.
Polis şübhəli şəxsin axtarışlarını davam etdirir.