Açıq şəkildə (qalaq halında) daşınan toxumlardan nümunələrin götürülməsinin hansı tələblərə uyğun həyata keçirilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Açıq şəkildə (qalaq halında) daşınan toxumlardan nümunələrin götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
– Avtonəqliyyat vasitələri ilə daşınan toxumlardan nöqtəvi nümunələr qalaq səthinin 5 nöqtəsindən (künclərdən və ortadan olmaqla) götürülür (sxem A);
– Vaqonların yüklənməsi və boşaldılması zamanı nöqtəvi nümunələr xüsusi çalovla bərabər fasilələrlə konveyerdəntökülən məhsulun qarşısının bütün eni boyu kəsməklə götürülür. Bu zaman ilkin nümunənin kütləsi hər 1000 kq toxum üçün 100 qramdan az olmamalıdır;
– Tam doldurulmamış vaqonlardan nöqtəvi nümunələr birbaşa vaqondan aşağıdakı şəkildə götürülür: həcmi 16-20 ton olan vaqonlarda zərf üsulu ilə – qalaq səthinin beş nöqtəsindən (sxem A); ikiqat yükgötürmə qabiliyyətli (33-40 ton) vaqonlarda ikiqat zərf üsulu ilə – qalaq səthinin səkkiz nöqtəsindən (sxem B); üçqat yükgötürmə qabiliyyətli (60 ton) vaqonlarda üçqat zərf üsulu ilə – səthin on bir nöqtəsindən (sxem C);
X X X X X X X X X X X X X X X X X X X X X X X X A B C
|
Toxumların ilkin nümunəsinin ümumi çəkisi müvafiq olaraq 2 kq, 3,5 kq, 4,5 kq-dan az olmamaldır.