Oktyabrın 26-da saat 16 radələrində Şəki rayonu ərazisində 1982-ci il təvəllüdlü Oğuz rayon sakini Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Heftelik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.