Nümunə götürmə ilk növbədə nümunə vahidinin (məsələn, meyvə, kök, buket, çəki vahidi, paket və ya karton qutu və s.) müəyyənləşdirilməsindən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Nümunə vahidinin müəyyənləşdirilməsi zərərli orqanizmin mal üzərində paylanma eyniliyi, zərərli orqanizmlərin hərəkətlilik və ya hərəkətsizlik dərəcəsi, yükün qablaşdırılması üsulu, onun ehtimal olunan istifadəsi kimi məsələlərlə əlaqəlidir.

Baxış zamanı birdən çox zərərli orqanizm növü aşkar edilsə, aşkar edilən hər bir zərərli orqanizm növü üzrə biri-birindən asılı olmayan ayrıca nümunə vahidləri götürülür.