Bostan bitkilərindən nümunə götürülməsinə dair tələblər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Bostan bitkiləri bağlama vahidlərində (konteynerlər, qəfəslər və s.) nəql olunduqda, onda partiyanın müxtəlif yerlərindən aşağıdakı miqdarda bağlama vahidləri seçilir:

 

Partiyada olan bağlama vahidlərinin sayı, ədədləSeçilən bağlama vahidlərinin sayı, ədədlə
10-a qədər1
11-202
21-503
51-1005
100-dən çox5 və hər sonrakı 50 bağlama vahidi üçün əlavə 1 bağlama vahidi

 

Seçilən bağlama vahidlərində olan məhsula yerindəcə tam fitosanitar karantin baxışı keçirilir.

Bostan bitkiləri tarasız daxil olduğu halda, ilkin nümunə qalağın müxtəlif yerlərindən götürülərək (3-dən az olmamaq şərti ilə) formalaşdırılır.