Dezinfeksiya üçün vasitələr, yuyucu və təmizləyici məhsullar, habelə zərərvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələr heyvan mənşəli qida məhsulları saxlandığı bölmələrdən kənarda yerləşən ayrıca yerlərdə və ya dolablarda saxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
İş alətlərini bıçaqları, qarmaqları və itiləyici çarxları örtüklərdə (paslanmayan polad və ya düralümindən hazırlanmış çexollarda) saxlamaq lazımdır. Dəri örtüklərinin və bənzər materiallardan olan örtüklərin istifadəsi yolverilməzdir.