Məsrəflərin, temperaturun, təzyiqin ölçülməsi üçün tətbiq olunan ölçü cihazları normativ sənədlərin tələblərinə cavab verməli, ölçülən parametrlərin həddinə və dəqiqlik sinfinə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Avtomatik mühafizə, siqnalizasiya, NÖC və A sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na uyğun olmalıdır.