Cəmdək və sub məhsulların emalı xəttində hərəkəti zamanı bir-biri ilə, döşəmə və divarlarla təması yolverilməzdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Cəmdəklərin və sub məhsulların çirklənmə riskini azaltmaq məqsədi ilə, kəsilmiş heyvanların mədə-bağırsaq traktının çıxardılması və təmizlənməsi prosesi müvafiq bölmədə həyata keçirilir.