Baytarlıq apteklərinin istilik, havalandırma, işıqlandırma sistemləri ilə təchizatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları”nın tələblərinə uyğun olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də əksini tapıb.

Baytarlıq apteki mərkəzləşdirilmiş fasiləsiz elektrik, isti və soyuq su təchizatı, istilik, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri ilə, həmçinin yanğın təhlükəsizlik siqnalı ilə təchiz edilməlidir. Fərdi tikilidə, eləcə də kənd ərazisində yerləşən baytarlıq apteklərində qeyd olunanlar fərdi quraşdırılmalıdır.