Kəsim məntəqələrində “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baytarlıq istehsalat-nəzarət bölmələri təşkil olunmalıdır. Baytarlıq istehsalat-nəzarət bölmələrində dövlət baytarlıq müfəttişi tərəfindən heyvan və heyvan mənşəli qida məhsullarının normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.