Orta nümunələrin hazırlanması üçün ilkin nümunə hamar səthli masaya səpilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Kartofun, baş soğanın və meyvəköklülərin orta nümunəsinə onlardan tökülmüş torpağı əlavə etmək lazımdır. Orta nümunənin ayrılmasından sonra ilkin nümunələrin qalıqları nöqtəvi nümunələrin götürüldüyü partiyaya qaytarılır.