Emosional ehtiyacı ödənməyən qadının boşanmaq kimi hüquqi var.

Heftelik.az-ın məlumatına görə, bunu ARB TV-nin “Günə Son” verilişində psixoloq Əfsanə Rüstəmova deyib.

O bildririb ki, qadınların emosional ehtiyacları ödənməlidir, əks halda qadın boşanma hüququndan istifadə edə bilər:
“Mənim 3 minlik bir telefona emosional ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək hüququm var”.
Psixoloqun bu sözləri studiyada və sosial şəbəkələrdə narazılıqla qarşılanıb.