Kartof partiyasından torpaq süprüntüsü üst qatdan götürülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Beləliklə:
– Torpaq nümunəsi hər nəqliyyat vasitəsindən alt hissədən və yaxud boşaldıldıqdan sonra döşəmədən götürülür. Tarada olan kartoflara baxış zamanı məhsuldan tökülən torpaq qalığı baxılan hər bağlamadan götürülür.
– Torpaq çox olduqda, nümunə 500 qram miqdarda götürülür;
– Laborator nümunələrini kiçik həcmli olması (250 qramdan az), eləcə də, torpağın olmaması və ya torpaq süpürüntüsünün götürülməsi mümkün olmadığı hallarda laboratoriya nümunəsinə əlavə olaraq 200 ədəd çox çirkli kartof yumruları əlavə edilir;
– Kartof yumrularının təmizlənməsi zamanı toplanan torpaq analiz üçün götürülən süpürüntülərə əlavə edilir, kartof yumruları isə partiyaya qaytarılır;
– Kartof yumrularının üzərində torpaq az miqdarda olduqda, bütün seçilmiş kartof yumruları təmiz yuyulur və toplanan su analiz edilir.