Müsabiqə və müsahibənin nəticələrinə görə miqrasiya orqanlarına qulluğa qəbul olunmağa tövsiyə edilmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün Dövlət Miqrasiya Xidmətinin rəisinə təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi ona təqdim olunmuş namizədlər sırasından müvafiq vakant vəzifəyə müəyyən olunmuş qaydada təyinat aparır.