Heftelik.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar iİttifaqının sədri Şahmar Rəfili bildirib ki, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin təbliğ olunmasında arxiv sənədlərinə, xəritələrə istinad etməklə gerçək tarixi faktları üzə çıxarmaq tədqiqatçıların prioritet vəzifəsi olmalıdır. O, Azərbaycan türklərinə, onların toponimlərinə və qədim abidələrinə qarşı erməni vandalizmini elmi araşdırmalarla ifşa etməyin vacib olduğunu vurğulayıb.
Daha sonar tədbirdə çıxış edən layihə rəhbəri AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işcisi Ramin Əlizadə Qərbi Azərbaycanın tarixi və mədəni irsinin tarixi dövrləşdirməyə uyğun olaraq sistemli şəkildə araşdırılmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə həmçinin “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları gənclər ictimai birliyi tərəfindən hazırlanmış “Göyçə” itirilmiş ocaq sənədli filmi də nümayiş olunub. İştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəni irsi mövzusunda kitablar paylanılıb.