Zərər çəkmiş şəxsin təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti vermək hüququ var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Xüsusi ittiham qaydasında cinayət təqibini həyata keçirərkən təqsirləndirilən şəxslə barışmaq da bu hüquqlar sırasındadır.