Lənkəranda tapılan yanmış meyitin kimliyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.

***

Saat 17.13

Lənkəranda meyit tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Kiçik Bazar deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Meyitin kimliyi və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.