Xarici bankların yerli banklarda müxbir hesablarının açılması üçün sənədlər tam təqdim edilmədikdə və ya əldə edilmiş məlumatlar əsasında işgüzar münasibətlərin qurulması cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi baxımından riskli hesab edildikdə müxbir hesabların açılmasından imtina edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.