Avtomatik mühafizə, təhlükəsizlik və NÖC və A vasitələrinin elektrik sistemlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismarı Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na uyğun olaraq xidmət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Lövhələr (şitlər), keçid və klem qutuları, klem birləşmələri nömrələnməli və hər birinin markalanması olmalıdır.