Hansısa QHT BMT-yə alternativ hesabat kimi yazıb göndərib ki, bizdə guya 70 faiz qadın sterilizasiyadan keçirilir.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Hicran Hüseynovanın deyib ki, bunu deyəndə ağıl yoxdur:
“Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirlər üzə çıxarırlar. Avropada son dövrlərdə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrafiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib”.