İşçi işıqlandırmadan başqa qazanxanada, qazanxananın ümumi elektrik şəbəkəsindən asılı olmayan, müstəqil mənbədən təchiz olunan qəza işıqlandırma sistemi olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Aşağıdakı yerlər mütləq qəza işıqlandırma sistemi ilə təchiz edilməlidirlər:
– qazanların sıraları, eləcə də qazanlar arasındakı keçidlər, qazanxanaların arxası və üst hissəsi;
– idarəetmə pultları və istilik şitləri;
– sugöstərən və ölçü cihazları;
– kül otaqları;
– ventilyator meydançası;
– tüstü soran meydança;
– deaerator və çənlər üçün otaqlar;
– qazanların nərdivanları və meydançaları;
– nasos otaqları.