Zərər çəkmiş şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesi iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara etirazını bildirmək hüququ var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Zərər çəkmiş şəxsin onun şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə etirazı olduqda iştirak etmək hüququ da var.