Donuz cəmdəklərinin dəriləri ilə birlikdə emalı onların şaquli və ya üfüqi vəziyyətdə alov, isti buxar, qaynar sudan istifadə etməklə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Daxili orqanların çıxarılma prosesi zamanı daxili orqanlar, mədə-bağırsaq traktı zədələnməməli, cəmdəklərin xarici və daxili səthi çirklənməməlidir.