Gələn il Azərbaycanda referendum keçirilməyəcək.

Heftelik.az-ın əldə etdiyi məlumata görə, hazırda Azərbaycanın qarşısında həlli vacib olan digər çoxsaylı məsələlərin durduğu nəzərə alınsa, 2024-cü ildə idarəçilik institutunda köklü dəyişiklikləri də nəzərdə tutan referendum keçirilməyəcək.

Eyni zamanda  2024-cü ildə bələdiyyə seçkilərindən başqa, həm də noyabrda Milli Məclisə seçkilərin keçirilməsi planlaşdırıldığına görə, həm referendumun keçirilməsi absurddur. Beləliklə, iki seçki ilə yanaşı, 2024-cü ildə əlavə olaraq referendumun keçirilməsi real deyil.