Qərzəklimeyvəlilər və ləpələrdən nümunə götürülməsinə dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Qərzəklimeyvəlilər və ləpələrdən nümunə götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:

– İlkin nümunənin formalaşdırılması üçün 50-yə qədər bağlama vahidindən ibarət partiyanın müxtəlif yerlərindən 5 bağlama vahidi; 50-dən çox bağlama vahidi olan partiyalardan 5 vahid və hər sonrakı 20 bağlama vahidi üçün əlavə olaraq 1 bağlama vahidi götürülür;

– Götürülən hər bağlama vahidinin üst, orta, alt hissələrindən 500 qrama qədər məhsul ayrılaraq dərhal və tam olaraq analiz edilir;

– Əgər qərzəklimeyvəlilər və ləpələr istehlakçı bağlama vahidlərində qablaşdırılıbsa, onda nümunələr qurudulmuş meyvə, tərəvəz, kökümeyvəlilərdə olduğu kimi (bu təlimatın 10.8-ci bəndi) götürülür.