İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən hazırlanıb, ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinin qiymətləndirilməsi, bu əmək şəraitli iş yerlərində çalışan işçilərin tarif (vəzifə) maaşlarına minimum artım əmsalının müəyyən edilməsi məqsədi ilə tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nda əksini tapıb.