İsrail Hərbu Hava Qüvvələri Qəzza zolağının şimalına kütləvi hava zərbələri endirib.
Heftelik.az AFP-yə istinadla xəbər verir ki, bu, 7 oktyabrdan indiyədək olan ən şiddətli bombardmandır.
Ərazidə bütün telekommunikasiyalar və internet kəsilib.
İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari ordunun yerüstü əməliyyatını genişləndirəcəyini bildirib.
Qeyd edək ki, son iki gündə İsrail Ordusunun tank və zirehli texnikalardan ibarət bölükləri Qəzza sektorunda məhdud miqyaslı reydlər həyata keçirib, müəyyənləşdirilmiş hədəflər məhv edildikdən sonra geri çəkilib. Müşahidəçilər də son kütləvi hava zərbələri daha geniş miqyaslı əməliyyatlara hazırlıq kimi qiymətləndirirlər.