Tırtılların və kəpənək puplarının tor baramalarının toplanmasına dair tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Tırtılların və kəpənək puplarının tor baramalarının toplanması aşağıdakı tələblərə uyğun həyata keçirilir:

–  Baramaları içəridəki canlı həşərat əzilmədən və ya qabığı zədələnmədən onların substratdan iti uclu yumşaq pinsetlə, bir kənarından (orta hissədəntutmaq olmaz) ehtiyatla tutaraq yığmaq lazımdır;

– Kəpənəklərin baraması olmayan açıq puplarını ehtiyatla neştərin ucu ilə sınaq şüşəsinə toplamaq lazımdır. Kəpənək puplarını heç bir halda pinsetlə və ya əl ilə (barmaqla) götürmək olmaz.