Kəsim məntəqələrinin tipindən asılı olaraq həmin məntəqələr stasionar, modul və ya səyyar (mobil tipli) baytarlıq-sanitariya ekspertizası laboratoriyası ilə təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Bu laboratoriyalarda bu Qaydaların Əlavəsində qeyd olunan müvafiq avadanlıq və reaktivlərin olması zəruridir.
Stasionar və modul tipli kəsim məntəqələrində müvafiq tələblərə uyğun istilik, su, kanalizasiya, təbii və mexaniki havalandırma sistemləri, həmçinin yanğından mühafizə sistemləri quraşdırılmalıdır.