Kəsim prosesindən sonra qan birbaşa olaraq kanalizasiya sisteminə axıdılmamalı, paslanmayan materialdan hazırlanmış qan tankına yığılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Yığılan qan qeyri-qida məhsulu kimi emal prosesinə göndərilməli və ya emal prosesi üçün yararsız olduğu təqdirdə zərərsizləşdirilərək kanalizasiya sisteminə axıdılmalıdır. Kəsim məntəqəsində istifadə olunan su və digər axıntılar (kəsim zamanı yarana biləcək sümük qırıntıları, ət və piy parçaları, qan və s.) kanalizasiya sisteminə axıdılmazdan əvvəl filtr qurğularından keçirilməklə təmizlənməlidir.