Moskvanın cənubunda dəhşətli qətl hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Moskva sakini evdə anasını öldürüb, üç həftə sonra isə onun başını kəsərək küçədə iki çuxurda basdırıb.
Rusiya paytaxtının Baş İstintaq İdarəsindən verilən məlumata görə, Biryulevskaya küçəsindəki mənzildə 50 yaşlı kişi anasının başına yumruqla xəsarət yetirib. Zərbədən 1946-cı il təvəllüdlü qadın yerə yıxılıb və ölüb. Daha sonra kişi anasının cəsədini otağına sürükləyib. Meyit təxminən üç həftə orada qalıb.
Daha sonra kişi anasının meyiti çölə çıxarıb, orada başını bədəndə ayırıb və qadının qalıqlarını iki çuxurda basdırıb.
Hadisə, qatilin sərxoş halda dostuna etdiklərini söyləməsindən və dostunun da öz növbəsində bu barədə polisə xəbər verməsi ilə üzə çıxıb.
Qətldə şübhəli şəxs saxlanılıb və faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.