Qalaq şəklində saxlanılan toxumlardan nümunələrin götürülməsinin hansı tələblərə uyğun həyata keçirildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Qalaq şəklində saxlanılan toxumlardan nümunələrin götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:

– Silos qurğularının doldurulması və boşaldılması zamanı nöqtəvi nümunələr xüsusi çalovla və ya nümunə götürücü ilə bərabər fasilələrlə götürülür. Bu zaman formalaşdırılan ilkin nümunələrin kütləsi hər bir ton üçün 100 qramdan az olmamalıdır;

– Anbarlarda qalağın səthi şərti olaraq sahələri təqribən 20 m2 olmaqla seksiyalara bölünür;

– Hər seksiyadan beş nöqtədən nümunə götürülür.