Bitki və bitkiçilik məhsullarından götürülmüş nümunələrə nümunə etiketi yapışdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Laboratoriyaya göndərilən nümunələr (sınaq şüşələrinə toplanmış nümunələr də daxil olmaqla) laborator nümunə paketlərinə toplanılır. Sınaq şüşəsinə etiket əvəzinə qeydlər edilmiş kağız parçaları qoymaq olmaz.