Söhbət zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarını və digər normativ hüquqi aktlarını vəzifə borclarının icrası ilə əlaqədar tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi, ümumi dünyagörüşünün, həmçinin, miqrasiya orqanları işçisinə zəruri olan xüsusiyyətlərin (o cümlədən, özünü təqdimetmə, kollektiv tərkibində işləmək, problemi həlletmə, təşkilatçılıq və idarəetmə qabiliyyətinin, yaradıcılıq və təşəbbüskarlığının, analitik düşüncə tərzinin, nailiyyətlərinin və sair) qiymətləndirilməsi üçün müvafiq suallar verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda əksini tapıb.