Toxum yetişdirilməsi üçün nəzərdə tutulmuş kökümeyvəlilərdən nümunə götürülməsinə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.
Toxum yetişdirilməsi üçün nəzərdə tutulmuş kökümeyvəlilərdən nümunə götürülməsi aşağıdakı tələblərə uyğun həyata keçirilir:
Nümunələrin götürüləcəyi kisələrin miqdarı partiyanın həcmindən asılı olaraq müəyyən edilir:
Partiyada olan kisələrin sayı , ədədlə | Baxılan kisələrin miqdarı, ədədlə |
500-ə qədər | Hər 50-ci |
500-dən 1000-ə qədər | Hər 100-cü |
10 000-dən çox | 10 və hər sonrakı 500 kisə üçün əlavə 1 kisə |
Hər kisədən 5 ədəd kök yumrusu götürülür. Kök yumrularının üzərindəki torpaq təmizlənərək nəqliyyat vasitəsinin döşəməsi və ya kisədən toplanmış torpağa əlavə edilir və laboratoriya analizi üçün göndərilir.