Xankəndi şəhər polis şöbəsi yaradılıb.

Heftelik.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında bildirib.

General-polkovnik Vilayət Eyvazov oktyabrın 15-də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını vurğulayıb.