Xocalı və Tərtərin komendantlarının adı məlum olub.

Heftelik.azın məlumatına görə, imzalanan müvafiq əmrlərə əsasən, polkovnik Zaur Nəbiyev Xocalı, polkovnik Elçin Qasımov isə Tərtər rayonuna komendant təyin edilib.

 

Onlar müvafiq olaraq rayon polis rəisləridir.

Qeyd edək ki, Qarabağ bölgəsində aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçən şəhər, rayon, qəsəbələr üzrə komendantlar təyin edilib.

Xankəndi şəhərinin komendantı isə polis general-mayoru Sərdar Səfərovdur.