Yalançı çanaqlı yastıcalara iynənin və ya neştərin ucu ilə ehtiyatla toxunmaqla sınaq şüşəsinə toplamaq lazımdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da əksini tapıb.

Sürfələri və yumurtası olmayan cavan dişiləri 70%-li spirt olan sınaq şüşələrinə, bərk örtüklü böyük dişiləri isə boş sınaq şüşələrinə yerləşdirilir.

Zərərvericinin növünü dəqiq müəyyən etmək məqsədi ilə çanaqlı yastıcaları subtratdan xüsusilə ehtiyatla – təyin üçün ən önəmli hissə, yəni dişinin bədəni itmədən götürmək lazımdır. Çanaq qaldırıldıqdan dərhal sonra iynənin isladılmış ucunu dişinin çanağın altındakı bədəninə ilişdirib spirtlə sınaq şüşəsinə atılır; həmin sınaq şüşəsinə mütləq çanağı da yerləşdirmək lazımdır. Ən azı 10 (on) ən iri çanaqlı yastıca yığılmaldır;